Bacısının pulunu oğurladı, sonra intihara cəhd etdi

Bacısının pulunu oğurladı, sonra intihara cəhd etdi
  02 May 2020    Oxunub:3918
Türkiyədə bacısının pulunu oğurlayan 39 yaşlı kişi intihara cəhd edib.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, Əmrah Sürər adlı şəxs İzmirdə yaşayan bacısının pulunu oğurlayıb, daha sonra özünün sinəsinə bıçaq xəsarətləri yetirib.

"İki aydır ki, Bursadayam. İzmirə geri dönsəm, yeznəm məni öldürəcək. Mənə kömək edin, İzmirə qayıtmaq istəmirəm", - deyə o, insanlardan kömək istəyib.

Hadisə Nilufər rayonunun Beşevlər məhəlləsində baş verib. Polis məhəlləyə təcili yardım çağırıb, həmin şəxsi Çəkirgə Dövlət Xəstəxanasına aparıblar.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   hadisə  





Xəbər lenti