Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi
  02 May 2020    Oxunub:3148
Qazaxıstan parlamentinin yuxarı palatasının sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Comart Tokayev sərəncam imzalayıb.

Qeyd edək ki, Dariqa Nazarbayeva Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. O, 2016-cı ildən deputatdır və 2019-cu ilin martında palatanın sədri seçilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   DariqaNazarbayeva  





Xəbər lenti