Ukraynada virusa yoluxma sayı 11 mini ötüb

Ukraynada virusa yoluxma sayı 11 mini ötüb
  02 May 2020    Oxunub:3439
Ukraynada son sutka ərzində 550 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 11 min 411 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı isə 7 nəfər artaraq 279-a yüksəlib. İndiyədək 1498 nəfər xəstəlikdən sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti