Azərbaycanda 92 yaşlı qadın koronavirusdan sağaldı

 Azərbaycanda 92 yaşlı qadın koronavirusdan sağaldı
  30 Aprel 2020    Oxunub:9295
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağalaraq evə buraxılıb.
Azvision.az xəbər verir ki, 1928-ci il təvəllüdlü Axundova Ağabəyim Şaban qızında aprelin əvvəlində koronavirus aşkar edilib.

Lənkəranın Boladı kəndində yaşayan qadında ilk olaraq güclü öskürmələr başlayıb. O, daha sonra həkimə müraciət edib. Test nəticəsində qadının koronavirusa yoluxduğu təsdiqlənib.

Bir neçə gün xəstəxanada müalicə alan A.Axundova həkimlərin səyi nəticəsində sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti