“Ermənistan hökuməti insanları ac saxlayır” - Fraksiya rəhbəri

   “Ermənistan hökuməti insanları ac saxlayır” -    Fraksiya rəhbəri
  29 Aprel 2020    Oxunub:3227
"Parlaq Ermənistan" parlament fraksiyasının rəhbəri Edmun Marukyan Nikol Paşinyan hökumətini tənqid edib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir, deputat hökumətin koronavirus böhranı dönəmində insanları ac saxladığını vurğulayıb.
"Siz ehtiyacınız olanda onları seçki məntəqələrinə gəlməyə çağırırsınız. İndi bu insanlar acdır, siz isə onların qaz və elektrik enerjisini kəsirsiniz. Qənaət edilmiş vəsait var, amma bu pulu vermirsiniz", -deyə fraksiya rəhbəri hökumətə iradını bildirib.

Marukyan 500 min ailəyə 50 milyard dramın ayrılmasını, 470 min təqaüdçüyə əlavə pensiya təminatını təklif edib.

"4300 abunəçinin elektrik enerjisi kəsilib,700-dən çox abunəçinin qaz təchizatı dayandırılıb və minlərlə insan qida, elektrik enerjisi üçün son pulunu verib. Bütün dünyada insanlara pul verilib və bu, ən effektiv haldır. İndi mən hökumətdən ÜDM-in neçə faizini verməyə hazır olduğunu soruşanda, bu suala cavab vermirlər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti