Ukrayna XİN-dən ermənilərə böyük zərbə

  Ukrayna XİN-dən ermənilərə böyük zərbə
  28 Aprel 2020    Oxunub:3298
Ukrayna Xarici İşlər Nazirliyi 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaqdan qəti şəkildə imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in dövlət qurumlarına göndərdiyi rəsmi sənəddə qeyd olunub.

Bildirilib ki, 1915-ci il hadisələrinin tanınması və qeyd olunması Ukraynanın strateji tərəfdaşı Türkiyə üçün həssas məsələdir, bu mövzu Ermənistan və Türkiyə tərəfindən obyektiv tədqiq olunmalıdır.

“Rəsmi səviyyədə anım mərasimlərində iştirak etməməyi, eləcə də “erməni xalqının soyqırımı” və ya “erməni soyqırım” terminlərini istifadə etməməyi xahiş edirik” , - deyə XİN dövlət rəsmilərinə müraciət edib.

Azvision.az


Teqlər: Ukrayna   Soyqırım  





Xəbər lenti