İran koronavirusa görə 3 zonaya bölünəcək

 İran koronavirusa görə 3 zonaya bölünəcək
  26 Aprel 2020    Oxunub:4631
İran hökuməti koronavirusun yayılma təhlükəsindən asılı olaraq ölkəni bir neçə zonaya böləcək.
Azvision.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib. Onun sözlərinə görə, məhdudiyyətlər zonalara uyğun tətbiq ediləcək və ya aradan qaldırılacaq.

"Ölkə üç zonaya bölünəcək - ağ, sarı və qırmızı. Koronavirusla əlaqəli məhdudiyyətlər və normalar bu üç zonalı bölgü çərçivəsində həyata keçiriləcək".

Ruhani qeyd edib ki, ağ zonada yerləşən yerlərdə dini ibadətlərin bərpa ediməsinə və əhalinin görüşlərinə icazə veriləcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti