​Gürcüstanda koronavirusa yoluxanların sayı 485-ə çatıb

 ​Gürcüstanda koronavirusa yoluxanların sayı 485-ə çatıb
  26 Aprel 2020    Oxunub:2619
Gürcüstanda daha 29 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə “StopCov.ge” saytında məlumat verilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 485 nəfərə çatıb. Onlardan 139-u sağalıb, 6 nəfər koronavirusun qurbanı olub.

Hazırda ölkə üzrə karantində 4928, stasionar nəzarət altında isə 522 nəfər saxlanılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   virus  





Xəbər lenti