Ağ Evdən nazirin işdən çıxarılması xəbərinə reaksiya

Ağ Evdən nazirin işdən çıxarılması xəbərinə reaksiya
  26 Aprel 2020    Oxunub:2654
ABŞ administrasiyası ölkədə koronavirus pandemiyasının yayılması fonunda Birləşmiş Ştatların səhiyyə və sosial xidmətlər naziri Aleks Azarın vəzifəsindən azad olunacağı ilə bağlı xəbəri təkzib edib.
Azvision.az xəbər verir ki, nazirin hazırda iş başında olduğu, vacib tapşırıqların yerinə yetirilməsinə nəzarət etdiyi bildirilib.

Qeyd edək ki, "Politico" qəzeti özəl mənbələrə istinadən Ağ Evin Aleks Azarın vəzifəsindən azad edilməsinin mümkünlüyünü nəzərdən keçirdiyini yazıb. İddia edilib ki, ABŞ Prezidenti Donald Tramp Azarın apardığı koronavirusla mübarizə tədbirlərindən narazıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   virus  





Xəbər lenti