Narkotik çəkən sürücü saxlanıldı, sərnişin postdan qaçdı

Narkotik çəkən sürücü saxlanıldı, sərnişin postdan qaçdı
  25 Aprel 2020    Oxunub:2669
Qubada narkotik qəbul edən şəxs karantin postunda saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 23-də saat 21 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib. Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.

Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürublər.

K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər:





Xəbər lenti