Azərbaycan və Ukrayna arasında Saziş təsdiqlənib

Azərbaycan və Ukrayna arasında Saziş təsdiqlənib
  25 Aprel 2020    Oxunub:2709
İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq olunub.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında 2019-cu il dekabrın 17-də Bakıda imzalanmış Saziş təsdiq edilib. İqtisadiyyat Nazirliyinə saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərməlidir.

Azvision.az



Teqlər: Ukrayna   Saziş  





Xəbər lenti