Qaydaları pozan nazir 1000 dollar cərimələndi

Qaydaları pozan nazir 1000 dollar cərimələndi
  10 Aprel 2020    Oxunub:1900
Avstraliya polisi Cənubi Uels ştatının dövlət xidməti məsələləri naziri Don Xarvini 1000 dollar məbləğində cərimələyib.
Azvision.az xəbər verir ki, bu barədə "Age" qəzeti məlumat yayıb.

Bildirilib ki, nazir COVID-19-un yayılması ilə əlaqədar tətbiq olunan qaydaları pozmaqda günahlandırılır. Polis 55 yaşlı nazirin rejim qaydalarını pozaraq mart ayında şəhərkənarı evinə köçməsinə görə cərimələndiyini açıqlayıb.

Don Xarvini bundan sonra Sidneyə qayıdıb. O, ştatın Baş Nazirindən və ictimaiyyətdən üzr istəyib, ancaq rəsmi tövsiyələri pozmadığını vurğulayıb.

Baş Nazir Qledis Bereciklyan bir neçə gün əvvəl onun şəhərkənarı evinə köçdüyünü öyrəndiyini deyib. Bildirib ki, bu, koronavirusla əlaqədar qaydaların tətbiqindən əvvəl olub. O, nazirlə bağlı baş verənləri "dəhşətli hadisə" adlandırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Avstraliya  





Xəbər lenti