Baş Nazirdən universitetlərlə bağlı qərar

  08 Aprel 2020    Oxunub : 2156
 Baş Nazirdən universitetlərlə bağlı qərar
“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin vəzifələri artırılıb. Belə ki, ali təhsil müəssisələri “Təhsil haqqında” qanuna uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etməklə yanaşı və bundan sonra “Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirəcək.

Azvision.az

Teqlər: Baş-Nazir   Qərar