Prezident Akif Çovdarovu əfv etdi

  06 Aprel 2020    Oxunub : 2586
 Prezident Akif Çovdarovu əfv etdi
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
Azvision.az -ın məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarov da var.

Qeyd edək ki, 1952-ci ildə anadan olmuş Akif Çovdarov Bakı Hərbi Məhkəməsinin 2017-ci il 30 oktyabr tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Azvision.az

Teqlər: Akif-Çovdarov