Koronavirusu 15 saniyəyə məhv edən cihaz hazırlanıb - FOTO

  03 Aprel 2020    Oxunub : 72975
 Koronavirusu 15 saniyəyə məhv edən cihaz hazırlanıb - FOTO
Türkiyənin Maltəpə Universitetinin professoru Afif Sıddıkinin rəhbərlik etdiyi heyət yeni növ koronavirusu məhv edən cihaz hazırlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilir ki, cihaz ultrabənövşəyi şüa ilə ətrafda olan koronavirus infeksiyasını 15 saniyəyə məhv edir. Həmin cihaz ilkin olaraq tibb işçilərinin təhlükəsizliyi məqsədilə istifadə olunacaq.
Bundan başqa, qoruyucu cihaz ətrafdakı ən təhlükəli virusları da öldürür.

Sınağı uğurla başa çatdırılan cihazların "Əl Cihazi", "Dezinfeksiya qapısı" və Dezinfeksiya kabini" adlandırılan 3 prototipi hazırlanıb.





Kənan Məmmədov
Azvision.az

Teqlər: Koronavirus