Murmansk vilayətinin qubernatoru azərbaycanlıları təbrik etdi

Murmansk vilayətinin qubernatoru azərbaycanlıları təbrik etdi
  31 Dekabr 2013    Oxunub:1530
Murmansk vilayətinin qubernatoru həmvətənlərimizi Yeni il münasibətilə təbrik etdi.
AzVision.az xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Murmansk vilayət bölməsinin ünvanına Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru Marina Kovtunun təbrik məktubu daxil olub.

Qubernatorun təbrikində deyilir ki, “Murmansk vilayəti üçün 2013-cü il yaradıcı, namuslu əmək ili olmuşdur. Biz illərlə yığılıb qalmış ən çətin məsələlərin və problemlərin həlli yollarını axtarıb tapmışıq. Biz başa düşürdük ki, həmvətənlərimizin rifahı naminə çalışırıq və bu, bizə güc verirdi”.

ÜAK-ın Murmansk vilayət bölməsinin ünvanına yerli Dumadan, Murmansk Vilayət İctimai Palatasının, Murmansk Şəhər Administrasiyasının Sosial yardım, ictimai təşkilatlarla birgə fəaliyyət və gənclərin işləri üzrə komitənin, qəhrəman Murmansk şəhərinin müxtəlif milli-mədəni birliklərinin rəhbərliklərindən də təbrik məktubları daxil olub.


Teqlər:





Xəbər lenti