“Karantin vacib deyil” - Tramp qərar verdi

  29 Mart 2020    Oxunub : 2446
 “Karantin vacib deyil” - Tramp qərar verdi
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda karantin rejimi tətbiq etməməyi qərara alıb.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter"də yazıb. Onun sözlərinə görə, bu qərar Ağ Evdə koronavirusla bağlı yaradılmış işçi qrup, eləcə də Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarının qubernatorları ilə məsləhətləşmələrdən sonra verilib.

"Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərindən federal hökumətlə məsləhətləşərək, qubernatorların idarə edəcəyi güclü bir səyahət tövsiyəsi verməsini istədim. Karantin vacib deyil. Ətraflı məlumat xəstəliklərə nəzarət və ptofilaktika mərkəzləri tərəfindən açıqlanacaq. Təşəkkür edirəm!", - deyə Tramp yazıb.

Xatırladaq ki, daha əvvəl Tramp bu ştatlara karantin tətbiqi təşəbbüsü ilə çıxış etmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus   Tramp