Ən yaxşı tank və zirehli döyüş maşını heyəti - VİDEO

  26 Mart 2020    Oxunub : 1138
Ən yaxşı tank və zirehli döyüş maşını heyəti - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında “Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarış keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışın planına əsasən tanklar, piyadanın döyüş maşınları və zirehli transportyorlar üzrə bilikləri yoxlanılan hərbi qulluqçulardan döyüş və texniki hazırlıq üzrə normativlər qəbul olunub.



Heyətlər döyüş texnikalarından ustalıqla istifadə edərək hədəfləri sərrastlıqla məhv edib və sürücülük çalışmalarını peşəkarlıqla yerinə yetiriblər.

“Ən yaxşı tank və zirehli döyüş maşını heyəti” adı uğrunda yarışda fərdi qiymətləndirmə də aparılaraq ən yaxşı tank-döyüş maşını komandiri, tuşlayıcı-operator və mexanik-sürücü adlarını qazananlar da olub. Yarışda yüksək nəticələr göstərmiş hərbi qulluqçular Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Azvision.az

Teqlər: Naxçıvan   Ordu   Yarış