Prezident diplomatik nümayəndəliklərlə bağlı tapşırıq verib

  23 Mart 2020    Oxunub : 5040
 Prezident diplomatik nümayəndəliklərlə bağlı tapşırıq verib
Diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, baş konsullar, səfirlik və baş konsulların işçiləri, onların ailə üzvləri koronavirus pandemiyasının yayıldığı ölkələrdə fəaliyyətlərini davam etdirirlər.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası Çində başlayandan orada olan səfirliyimiz bu günə qədər tam tərkibdə fəaliyyət göstərir.

“Cənubi Koreyada, İran İslam Respublikasında, İtaliyada, o cümlədən digər koronavirusun yayıldığı ölkələrdə səfirliklər fəaliyyətini davam etdirir. Dövlət başçısı tərəfindən tapşırıq verilib ki, diplomatik nümayəndəliklərimiz orada qalmalı, fəaliyyətlərini davam etdirməlidir. Onlar zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməli, köməklik göstərməlidirlər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Hikmət-Hacıyev   Prezident   Tapşırıq