AVM-lərdə personal xüsusi geyimlə təmin olunacaq

  14 Mart 2020    Oxunub : 1294
 AVM-lərdə personal xüsusi geyimlə təmin olunacaq
Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində alış-veriş mərkəzlərində xidmət göstərən personal xüsusi geyim vasitələri ilə təmin olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalarda qeyd olunub.

Eyni zamanda, atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.) da təmin olunmalıdır.

Azvision.az

Teqlər: Qərargah