Koronavirus şübhəsi ilə daha 29 nəfər xəstəxanaya yerləşdirildi

   Koronavirus şübhəsi ilə daha 29 nəfər xəstəxanaya yerləşdirildi
  26 Fevral 2020    Oxunub:3283
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Azvision.az-a daxil olan məlumatda bildirilib ki, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Azvision.az


Teqlər: Xəstəxana   Səhiyyə   TƏBİB  





Xəbər lenti