Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “exit-poll” keçirilməsi niyyəti ilə “Rəy Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “İnsan Hüquqları XXI Əsr - Azərbaycan” Fondu (Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birlikdə) tərəfindən MSK-ya ünvanlanan müraciətlərə baxılıb. Komissiya üzvlərinin geniş müzakirəsindən sonra sözügedən qurumların Milli Məclisə seçkilərdə "exit-poll” keçirmək üçün qeydə alınmalarına qərar verilib.
Daha sonra qarşıdan gələn seçkilərlə əlaqədar Azərbaycan Ümid Partiyası tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiyanın iclasında Milli Məclisə 2020-ci il fevralın 9-da keçiriləcək seçkilərdə təşviqat qaydalarının pozulması iddiası ilə daxil olan müraciətə də baxılıb və aparılan müzakirələrdən sonra qanunvericiliyin tələblərinə uyğun, əsaslandırılmış qərar qəbul edilib.
Beynəlxalq müşahidə missiyaları, xarici qurumlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.
Azvision.az