“Miqrasiya Məktəbi-2” layihəsi uğurla davam edir - FOTOLAR

“Miqrasiya Məktəbi-2” layihəsi uğurla davam edir -    FOTOLAR
  22 Yanvar 2020    Oxunub:3176
Dövlət Miqrasiya Xidmətinin (DMX) həyata keçirdiyi “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində növbəti təlimlər təşkil edilib.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, qurumun Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev “Azərbaycanın miqrasiya siyasəti”, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT-nin) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev isə “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzularında təlim keçiblər.

Təlim iştirakçılarına Azərbaycanın miqrasiya siyasəti, BMqT-nin miqrasiya proseslərinin idarə edilməsində rolu, habelə beynəlxalq təşkilatın həyata keçirdiyi tədbirlərə dair ətraflı məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi 2019-cu ilin dekabr ayından etibarən həyata keçirilir.






Azvision.az


Teqlər: DMX  





Xəbər lenti