Masallıda narkotacir saxlanılıb

  20 Yanvar 2020    Oxunub : 1694
Masallıda narkotacir saxlanılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbir həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Həsənovdan çəkisi 1,4 kiloqram olan tiryək və 6 qramdan artıq metamfetamin götürülüb.

Azvision.az

Teqlər: Narkotik