FHN İsmayıllıdakı ağır qəza ilə bağlı məlumat yaydı

  20 Yanvar 2020    Oxunub : 1797
FHN İsmayıllıdakı ağır qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İsmayıllı rayonunda “Ford” markalı mikroavtobus və “VAZ” markalı minik avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlunun meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 6 nəfəri "Ford" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza   Meyit