ABŞ Paşinyanın reytinqinin aşağı düşməsindən narahatdır

  14 Yanvar 2020    Oxunub : 1649
 ABŞ Paşinyanın reytinqinin aşağı düşməsindən narahatdır
ABŞ hakimiyyəti Ermənistanın Baş Naziri Nikol Paşinyanın siyasətini və davranışını yaxından izləyir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən Paşinyanın reytinqinə dair aylıq araşdırma aparılır. Amerika tərəfi Paşinyanın reytinq göstəricilərinin azalmasından narahatdır:

“Xüsusilə, Vaşinqton bu azalma nəticəsində Ermənistanda onlar üçün proqnozlaşdırılmayan hadisələrin qeydə alınacağından, hakimiyyətdə arzuolunmaz bir fiqurun olacağından narahatdır. Buna görə məqbul variantlar müzakirə olunur”, - deyə “Hraparak” yazıb.

Qeyd edilib ki, Amerika tərəfi üçün Baş Nazirin müavini Tiqran Avinyanın namizədliyi ən məqbul seçim hesab olunur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   ABŞ   İrəvan   Paşinyan