Azərbaycanlı gənc ABŞ-da qəzaya düşdü - Ayağı amputasiya edildi

  08 Yanvar 2020    Oxunub : 10342
Azərbaycanlı gənc ABŞ-da qəzaya düşdü -  Ayağı amputasiya edildi
Azərbaycanlı gənc ABŞ-da bədbəxt hadisə ilə üzləşib.

Azvision.az xəbər verir ki, həmyerlimiz Cahid Şahbazov yanvarın 6-da yol qəzasına düşüb. O, öz avtomobilinin yük yerindən şəxsi əşyalarını götürən zaman başqa bir nəqliyyat vasitəsi ona çırpılıb.
Qəza nəticəsində C.Şahbazov ciddi xəsarətlər alıb və təcili xəstəxanaya çatdırılıb. Onun sol ayağı amputasiya olunub. Digər ayağında və bədənində də ciddi xəsarətlər var.

ABŞ-da yaşayan azərbaycanlılar C.Şahbazovun tibbi xərclərinə yardım etmək üçün kampaniyaya başlayıblar.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ABŞ   Qəza