Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Azvision.az -a verilən məlumata görə, faktı törədən şəxs çox da uzağa gedə bilməyib. Belə ki, F. Məmmədov ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin Post Patrul Xidməti tağımının əməkdaşları tərəfindən isti-izlərlə saxlanılıb.
Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “İphone” markalı mobil telefon aşkar edilərək götürülüb.
Azvision.az