Bakıda maşınla qadını vurub qaçan sürücü tutuldu

  08 Noyabr 2019    Oxunub : 688
Bakıda maşınla qadını vurub qaçan sürücü tutuldu
Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Piyada   Qadın