Nazirlərin görüşündə "Barış pınarı" müzakirə olunmayıb - Ramiz Həsənov

  14 Oktyabr 2019    Oxunub : 927
 Nazirlərin görüşündə "Barış pınarı" müzakirə olunmayıb - Ramiz Həsənov
“Azərbaycan Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatla bağlı öz mövqeyini bildirib. Bugünkü nazirlər iclasında isə bu məsələ müzakirə predmeti olmayıb”.
Azvision.az xəbər verir ki, bunu Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının VII iclasından sonra keçirilən mətbuat konfransında xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib.

“Azərbaycan dövləti olaraq artıq bu məsələyə münasibətimizi bildirmişik. Bir daha qeyd etmək istəyirəm ki, bu məsələ bugünkü iclasda müzakirə olunmayıb. Sabah prezidentlərin görüşündə yəqin ki, bu məsələyə də toxunula bilər. Yəni, məsələ müzakirə oluna bilər”, - R.Həsənov qeyd edib.

Qeyd edək ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının VII iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Muxtar Tleuberdi, Çingiz Aydarbekov, Abdulaziz Kamilov və Peter Syarto iştirak edib.

Xatırladaq ki, sabah Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Azvision.az

Teqlər: Bakı   Türk-Şurası   Barış-Pınarı