Kürdlərlə ermənilər birləşir

Kürdlərlə ermənilər birləşir
  12 Mart 2013    Oxunub:1292
Ermənilər türk irsini erməniləşdirmək niyyətindədir
12-16 Mart tarixində Türkiyənin Diyarbəkr vilayətindən olan bir qrup kürd “Erkir” İttifaqının dəvəti ilə Ermənistana gedəcək. Kürd nümayəndə heyətinin tərkibinə kürd elitasının sayılıb seçilən adamları, bir sıra qeyri hökumət təşkilat və müəssisələrinin üzvləri daxildir.

Erməni mətbuatının məlumatına görə səfərin məqsədi kürd-erməni mədəni əlaqələrini inkişaf etməkdir.

Bəzi ekspertlər, mədəni əlaqələrin inkişafı adı altında ermənilərin Türkiyədə öz məkrli siyasətlərini həyata keçirmək istəyində olduqlarını da istisna etmirlər. Belə ki, Ermənistanın “Erkir” İttifaqından verilən məlumata görə onlar kürdlərin vasitəsilə “Türkiyədə Erməni irsini tanıtmaq, eləcə də erməni irsini bərpa etmək” (əslində isə türklərə məxsus olan mədəniyyət nümunələrini erməniləşdirmək-red.) niyyətindədirlər.

Səfərin Ermənistan parlamentinin deputatı Araqas Axoyanın dəstəyi ilə həyata keçirilir.


AzVision.az


Teqlər:  





Xəbər lenti