“EL” Hərəkatı yaradıldı

“EL” Hərəkatı yaradıldı
  12 Mart 2013    Oxunub:1584
“El” Hərəkatının Təşəbbüs Qrupunun sədri Eldar Namazovdur
“EL” Hərəkatı rəsmən elan olunub. AzVision.az-ın məlumatına görə, bu gün hərəkatın ofisində keçirilən təqdimat zamanı çıxş edən Eldəniz Quliyev Hərəkatın yarandığını rəsmən elan edib. “El” Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Namazov onun sədri seçilib.

Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev daxildir.

Təqdimat mərasimində bildirilib ki, “El” Hərəkatının Azərbaycanın 35 şəhər və rayonunda təşəbbüs qrupları yaradılıb.

Tədibərə dəvət olunduğuna baxmayaraq Müsavat başqanı İsa Qəmbər və Liberal Partiyanın lideri Lalə Şövkət təqdimat mərsiminə qatılmayıb. İctimai Palatandan yalnız AXCP sədri Əli Kərimli tədbirə qatılıb.


Teqlər:





Xəbər lenti