Emin Ağalarov Mandeladan oxudu - VİDEO

Emin Ağalarov Mandeladan oxudu - VİDEO
  09 Dekabr 2013    Oxunub:1040
Məşhur bəstəkar müğənni Emin yeni mahnısını təqdim edib.
Buna qədər sevgi, romantik mövzulara müraciət edən müğənninin son musiqisi siyasi mövzudadır. Mahnı 95 yaşında dünyasını dəyişən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya həsr edilib

“Hope” yəni Ümid adlanan mahnı müğənninin rəsmi “You-Tube” səhifəsində yerləşdirilib. Kompozisiyanın müəllifləri Russam Ballar və Kris Vinter mahnının beynəlxalq sülh günü üçün yazmış və 2014 cü ildə təqdimatını planlaşdırırmış.

Lakin qəflətən Cənubi Afrika Respublikasının sabiq prezidentinin ölümü mahnının təqdimatının vaxtını sürətləndirib. Eminin ifasında səslənən mahnı Nelson Mandelaya həsr olunub. Eminin sözlərinə görə mahnı əfsanəvi insan Nelson Mandelanın simasında gələcəyə ümidlə baxan insanlara ithaf olunub.

Eminin rəsmi saytında verilən məlumata görə İtunes sosial şəbəkəsində mahnının satışından əldə olunan gəlir Nelson Mandela adına Uşaq Fonduna veriləcək.(ans)





Teqlər:  





Xəbər lenti