Ukraynaya da satacağıq
E.Stavitski bildirib ki, danışıqlarda Azərbaycan təbii qazının Ukraynaya sıxılmış və ya maye vəziyyətində nəqli imkanları müzakirə edilib. Bu məsələnin araşdırılması nazirliklərin nəzdində fəaliyyət göstərən işçi qruplarına həvalə edilib.
Ukraynalı nazir üçüncü tərəfləri narahat etməmək üçün Ukraynaya ixrac ediləcək Azərbaycan qazının həcmini açıqlamayıb:
«Çünki bu ikitərəfli deyil, çoxtərəfli məsələdir. Biz razılaşmışıq ki, bu məsələnin müzakirəsi üçün yaxın vaxtlarda yenidən görüş keçirilsin.(apa)
Teqlər: