Əhalinin banklarda 8,5 milyard manatdan çox pulu var

  17 Sentyabr 2019    Oxunub : 1280
 Əhalinin banklarda 8,5 milyard manatdan çox pulu var
Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8 milyard 580 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əmanətlərin 56,4 faizi xarici, 43,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz artıb, xarici valyutada əmanətlər isə 3,6 faiz azalıb.

Avqustda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,89 (1,92) manata, 100 rus rubluna 2,59 (2,61) manata bərabər olub.

Azvision.az

Teqlər: Bank   Əmanət   Statistika   Komitə