Almaniya hökumətindən aeroport bəyanatı

Almaniya hökumətindən aeroport bəyanatı
  12 Mart 2013    Oxunub:1778
Xocalı aeroportunun yenidən açılması Dağlıq Qarabağın statusuna dəyişiklik edilməsi üçün istifadə oluna bilməz.
Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Korneliya Piperin Federal hökumət adından Xocalı aeroportu ilə əlaqədar bəyanat verib.

Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bəyanatda deyilir:

“Azərbaycan tərəfinin icazəsi olmadan Xocalı aeroportunda uçuşların bərpa edilməsi Ermənistanla Azərbaycan arasında 1994-cü ildən mövcud olan atəşkəs sazişinə xələl gətirəcək və Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb olacaq.

ATƏT-in Minsk qrupunun həmsədrləri 2012-ci il iyulun 13-də bəyan edib ki, aeroportun yenidən açılması Dağlıq Qarabağın statusuna dəyişiklik edilməsi üçün istifadə oluna bilməz. Bəyanatda bütün tərəflər məsələnin diplomatik həll yollarını axtarmağa və beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə dəvət edilir.

Federal hökumət Avropa Birliyindəki tərəfdaşları ilə birlikdə ATƏT-in Minsk qrupunun Ermənistan və Azərbaycanı gərginliyi alovlandıracaq hər hansı hərəkətdən çəkinmək və məsələnin sülh yolu ilə həlli istiqamətində çalışmaq zərurətini vurğulamasını dəstəkləyir”.

AzVision.az


Teqlər:





Xəbər lenti