“Aksiyaların qarşısı alınacaq”

“Aksiyaların qarşısı alınacaq”
  12 Mart 2013    Oxunub:1433
Azərbaycanda keçiriləcək qeyri-qanuni aksiyaların qarşısı bundan sonra da alınacaq.
Bu barədə jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov,bir qrup gəncin martın 10-da keçirdiyi icazəsiz aksiyaya münasibət bildirərkən deyib.
"Sərbəst toplaşmaq, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qanunvericilik var. Qanunvericilik cərçivəsində bütün keçirilən tədbirlərə icazə verilir, yerlər müəyyən olunur. Qeyri-qanuni aksiyaların qarşısı alınır və bundan sonra da alınacaq", deyə Həsənov bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti