Həmkəndlisini maşınla vurub öldürdü

Həmkəndlisini maşınla vurub öldürdü
  17 Avqust 2019    Oxunub:1601
Tərtər rayonunun Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində Tərtər rayonunun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Tərtər   Maşın  





Xəbər lenti