Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 4 milyard 617,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz çoxalaraq 5 milyard 369,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Azvision.az