Elektrik enerjisinin istehsalı və ixracı xeyli artıb

Elektrik enerjisinin istehsalı və ixracı xeyli artıb
  02 Avqust 2019    Oxunub:1508
Ötən ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.
“Azərenerji” ASC-dən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin iyul ayında 2,13 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4 % çoxdur.

Ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. Bunun isə əsas səbəbi ötən ilin iyul ayında enerjisistemdə qəza baş verməsi nəticəsində yaranan böhran, bu il isə “Reabilitasiya Proqramı” çərçivəsində görülən işlər nəticəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib. Belə ki, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 milyon kVts elektrik enerjisi ixrac edilib.

Azvision.az



Teqlər: Azərenerji  





Xəbər lenti