“Qan laxtalanmırsa, qarayaradan şübhələnmək lazımdır”
"Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar nəzarətə götürülür, peyvəndlənir. Qarayara xəstəliyi ilə bağlı insan ölümünün olmasıma təəssüflənirik".
R.Salmanov qeyd edib ki, zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın: "Qarayara xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların qarayaraya yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda hansısa cızıq olanda qarayaraya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, qarayaraya yoluxmur".
Aytən Zəhra
Azvision.az