“Dilənçi görkəmi cinayətkar üçün komufilyajdır” - Bakı polisi
"Azyaşlıların, qadınların, “sağlamlıq imkanı məhdud olması” görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların ürəyinə, hisslərinə təsir etməkdir. Adətən, kücədən keçənlərə salfet satan, maşın şüşələrini silməyə çalışan, ayaq-yalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla, teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması dilənçiliyin həyat tərzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir. Bu da azyaşlıları küçələrə salanların məqsədlərinə çatmalarına səbəb olur”.
E.Hacıyev qeyd edib ki, ümumiyyətlə, dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər: “Elm də deyir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli-əlaqə var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevirir.
Bununla bağlı elmi, praktik təcrübəyə əsaslanan tövsiyələr var. Vurğulanır ki, “dilənçi görkəmi” cinayətkar üçün komufilyajdır, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir: əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaq. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunverciliyində, xüsusilə Türkiyə və İtaliya Respublikasında dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur, pul cəriməsi nəzərdə tutulur”.
Azvision.az
Teqlər: BŞBPİ ElşadHacıyev