Ölkədə epizodik vəziyyət sabitdir - 6 ayda görülən işlər
Onun sözlərinə görə, bu müddət ərzində dabaq xəstəliyinə qarşı 2 milyon 542 min 133 baş iribuynuzlu, 6 milyon 992 min 13 baş xırdabuynuzlu heyvanda, leptospiros xəstəliyinə qarşı 375 min 917 baş iribuynuzlu, 195 min 831 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 239 min 136 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə, 617 baş iribuynuzlu heyvanda, 70 baş xırdabuynuzlu heyvanda), nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 646 min 880 baş iribuynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə qarşı 8 milyon 111 min 569 baş davarda profilaktik peyvəndləmə aparılıb.
Şöbə müdir qeyd edib ki, cari ilin 6 ayı ərzində bruselyoz xəstəliyinə qarşı "Ştamm-19" vaksini ilə 134 min 524 baş iribuynuzlu heyvanda, "Rev-1" vaksini 515 min 936 baş xırdabuynuzlu heyvanda, donuzların taun xəstəliyinə qarşı 4 min 386 baş donuzda, həmçinin quşların "Nyukasl" xəstəliyinə qarşı "H" vaksini ilə 23 milyon 138 min 83 baş quşda, "La-sota" vaksini ilə 30 milyon 655 min 682 baş cücədə peyvəndləmə aparılıb.
"O cümlədən, həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstləyin yayılmasının qarşısını almaq məsqsədilə 106 min 480 baş iribuynuzlu, 8 min 643 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. "Quş qripi"nə görə 2 dəfə seromonitorinq keçirilib, qan və patoloji materiallar müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkarlanmayıb. Beləliklə, 2019-cu ilin 6 ayı ərzində respublikada epizodik vəziyyət sabit olub".
Aytən Zəhra
Azvision.az
Teqlər: Agentlik