DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Cəfərovaya məxsus içində 3360 manat və iki ədəd bankomat kartları olan pul qabını götürərək soyğunçuluq etmiş rayon sakini, əvvəllər məhkumluğu olan Samir Məmmədov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayəti işi başlanılıb, araşdırmalar aparılır.
Azvision.az