Zəvvarların ilk qrupu Həccə yollandı

Zəvvarların ilk qrupu Həccə yollandı
  02 Avqust 2019    Oxunub:1288
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola salınıb.
Azvision.az xəbər verir ki, bu qrupa 180 zəvvar daxildir. Digər 180 zəvvardan ibarət qrup isə bu gün günorta saatlarında yola düşəcək.

Zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana qayıtmaları planlaşdırılır.

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollarıdır.

Azvision.az



Teqlər: QMİ   Həcc   Zəvvar  





Xəbər lenti