Rayonlarda leysan olacaq, dolu düşəcək

Rayonlarda leysan olacaq, dolu düşəcək
  02 Avqust 2019    Oxunub:1260
Azərbaycanda avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27°, gündüz 30-35° isti, Bakıda gecə 25-27°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti