Ədliyyə orqanlarına qəbulla bağlı növbəti müsabiqə

Ədliyyə orqanlarına qəbulla bağlı növbəti müsabiqə
  01 Avqust 2019    Oxunub:1673
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, növbəti – 16-cı müsabiqə üzrə test imtahanından uğur qazanmış və qanunvericiliyin tələblərinə cavab verən 126 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində fərdi qaydada söhbət aparılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdikləri bu mərhələdə 66 nəfər zəruri keçid balı toplayaraq müsabiqədən keçmiş hesab edilib.

Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onların ədliyyə orqanlarına qulluğa qəbul məsələsi həll olunacaq.

İcbari təlimdə iştirakla bağlı namizədlər avqustun 5-də saat 10.00-da Akademiyada olmalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Aidiyyəti məsələlərlə əlaqədar nazirliyə müraciət edilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: [email protected]).

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti