Bazarda oğurluq edən keçmiş məhkum tutulub

Bazarda oğurluq edən keçmiş məhkum tutulub
  01 Avqust 2019    Oxunub:1154
İyulun 29-da Yevlax şəhəri ərazisindəki bazarda rayon sakini A.Cəfərovaya məxsus içərisində 3360 manat və bankomat kartları olan pul kisəsini soyğunçuluq yolu ilə oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti