Qanunsuz tramadol satan aptek aşkar edilib

Qanunsuz tramadol satan aptek aşkar edilib
  01 Avqust 2019    Oxunub:2134
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla E.Məmmədovun həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib.

Aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 sellofan bükümündə marqanes aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Aptek  





Xəbər lenti