Hazırda BP-də 2510 azərbaycanlı çalışır

Hazırda BP-də 2510 azərbaycanlı çalışır
  01 Avqust 2019    Oxunub:1615
Cari ilin birinci yarısının sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2 min 510 nəfər təşkil edib.
“BP Azerbaijan” şirkətindən Azvision.az -a verilən məlumata görə, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“Ötən ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. Bu ilin ilk yarısında “BP Azerbaijan” şirkətinin 10 yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: BP  





Xəbər lenti